Azərbaycan karateçiləri dünya çempionatının ilk günündə 3 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan karateçiləri dünya çempionatının ilk günündə 3 medal qazandılar

İdman

08 May 2025 21:58 402


Azərbaycanın ənənəvi karate milli komandası Polşanın Pulavı şəhərində keçirilən Fudokan üslubu üzrə 10-cu dünya çempionatının ilk günündə 3 medal qazanıb.

Yenisabah.az xəbər verir ki, böyüklər arasında Hacıəli Vəlizadə (80 kq) və 21 yaşadək idmançılar arasında mübarizə aparan Vüsal Seyidov (60 kq) qızıl medala sahib çıxıblar.

Veteranların yarışında isə Siyavuş Bayramov (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Marqarita pizza

Qeyd edək ki, Fudokan karate üzrə dünya çempionatı 4 ildən bir keçirilir və bu ilki turnir mayın 11-də yekunlaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!