Azərbaycan karateçisi İtaliyada bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan karateçisi İtaliyada bürünc medal qazandı

İdman

13 Oktyabr 2024 09:54 1025


Azərbaycan karateçisi Gülay Orucova (59 kq) İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən 13-cü dünya çempionatında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Karate Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, milli üzvü yarışın son günüdə Yaponiya karateçisi İnada Naonu məğlub edərək üçüncü yeri tutub. pizza sifarişi

Qeyd edək ki, turnir 9-13 oktyabrda baş tutub. Karateçinin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!