Azərbaycan kikboksçuları dünya çempionatında rekorda imza atdılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kikboksçuları dünya çempionatında rekorda imza atdılar

İdman

26 Noyabr 2023 10:54 920


Kikboksinq üzrə Azərbaycan millisi Portuqaliyanın Albufeira şəhərində keçirilən dünya çempionatında rekorda imza atıb.

Yenisabah.az xəbər verir ki, 17-26 noyabr tarixlərində baş tutan yarışda idmançılarımız 13 medal qazanıblar.

Onlardan 6-sı qızıl, 1-i gümüş, 6-sı bürünc mükafat olub. Sübhan Mamedov, Elvin Məmmədov, Amin Quliyev, Surət Qarayev qızıl, Orxan Məlikov gümüş, Elcan Alkişiyev, Rauf Gərayzadə, Fərid Ağamoğlanov, Allahverdi Dəmirov, Ramiz Məmmədov və Qəşəm Məmmədov “bürünc”ə yiyələniblər. Veteranların yaş kateqoriyasında iştirak edən Eduard Məmmədov isə 2 fərqli versiyada 2 qızıl medal qazanıb. pizza

Federasiyanın prezidenti Orxan Əliyev və komandaya başçılıq edən I vitse-prezident Ramal Aslanov da dəstək üçün Portuqaliyada olublar.

Qeyd edək ki, dünya çempionatında 70 ölkədən 1369 idmançı qüvvəsini sınayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!