Azərbaycan klubları arasında insident – Video 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan klubları arasında insident – Video 

İdman

09 Fevral 2020 07:30 875


Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilən “Sumqayıt” – “Zirə” matçı (2:1) qalmaqalla yadda qalıb. 

“Yeni Sabah” xəbər verir ki, görüşün 35-ci dəqiqəsində top uğrunda mübarizə zamanı qonaq komandanın futbolçusu İlkin Muradov “kimyaçılar”ın yarımmüdafiəçisi Əmir Ağayevin sifətinə zərbə endirib. Baş hakim Orxan Məmmədov Muradova ikinci sarı vərəqəni verərək meydandan qovub.

Bu “Zirə”lilərin digər oyunçularında qıcıq yaradıb. Nəticədə hər iki komanda üzvləri arasında kütləvi toqquşma baş verib. Məsələyə texniki heyət də qatılıb. Bəzi futbolçular aranı sakitləşdirməyə, onları ayırmağa çalışıb.  Toyuqlu pizza

Bir neçə dəqiqədən sonra ara sakitləşib. Referi toqquşmanın ən “fəalları” olan – Cavid Hüseynov, Əmir Ağayev və Peyman Babayini sarı vərəqə ilə cəzalandırıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!