Polşa millisinin sabiq yarımmüdafiəçisi Yakub Koseçki maraqlı açıqlamaları ilə gündəmə gəlib.
Yenisabah.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Adana Dəmirspor"un futbolçusu hansısa kluba keçərkən ilk növbədə maliyyə şərtlərini düşündüyünü söyləyib.
2013-cü ildə Polşa millisinə çağırılan Yakub Koseçkinin "Adana Dəmirspor"la müqavilə müddəti gələn ilin yayına qədərdir. O, təklif gələrkən əvvəlcə məhz maaşı soruşduğunu, Türkiyə klubuna da bunun üçün keçdiyini vurğulayıb. pizza hut
Polşada futbolçuların 40 min zlota qazandığını deyən 30 yaşlı oyunçu bu məbləğin çox az olduğunu vurğulayıb. O, hətta Azərbaycan klublarını da nümunə göstərib:
"Hər bir futbolçu gələcəyini düşünür. Klub prezidenti 40 min zlota (təxminən 16 min manat) komandanın avrokuboklara çıxmasına zəmanət verəcək keyfiyyətdə oyunçu tapa bilməz. Azərbaycandan gələn klub ona 100 min zlota (40 min manat) verəcək".
Telegram kanalımız