Azərbaycan klublarının Avropa Liqasında rəqibləri bilindi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan klublarının Avropa Liqasında rəqibləri bilindi

İdman

10 Avqust 2020 15:44 944


Avropa Liqasında mübarizə aparacaq Azərbaycan klublarının I təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, qitənin ikinci dərəcəli klub turnirinə qatılacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” yeni mövsümdəki ilk rəqibi bəlli olub.

Bu, İsveçrənin Nyon şəhərindəki püşkatmada gerçəkləşib. Pepperoni pizza

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Neftçi” Şimali Makedoniyanın "Şkupi” klubu ilə üz-üzə gələcək. Təmsilçimiz bir oyundan ibarət mərhələnin görüşünü Bakıda keçirəcək.

Çempionatın bürünc mükafatçısı “Keşlə”yə Albaniyanın "Laçi” klubu rəqib olub. Bakılılar qarşılaşmaya paytaxtda çıxacaq.

Avrokubokların debütantı “Sumqayıt”ın bəxtinə Şimali Makedoniyanın "Şkendiya" klubu düşüb. “Gənclik şəhəri” təmsilçisi debüt matçını evdə keçirəcək.

I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 27-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!