“Sabah” Cənubi Afrikanın “Orlando Pirates” klubunun futbolçusu Vinsent Pule ilə maraqlanır.
Yenisabah.az sözügedən ölkənin “Citizen” nəşrinə istinadən xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı hücumçunu transfer etməyi planlaşdırır.
Nəşr yazıb ki, “Sabah” digər cənubi afrikalı oyunçu Hendrik Ekşteyni aldıqdan sonra bu ölkənin futboluna maraq göstərir və futbolçularını izləyir. Dördpendirli pizza
Bildirilib ki, "Orland Pirates"in oyunçu üçün rəsmi təklif gəldikdə qəbul edib-etməyəcəyi hələlik bəlli deyil.
Xatırladaq ki, .Ekşteyn ötən ilin yayında "Sabah"la 2 illik müqavilə bağlayıb. Amma o, qış fasiləsində klubdan ayrılaraq “Səbail”ə keçib. (Qol.az)
Telegram kanalımız