Azərbaycan klubunda 57-ci əcnəbi baş məşqçi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan klubunda 57-ci əcnəbi baş məşqçi - Foto

İdman

24 Avqust 2020 14:44 851


"Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasında debüt edib.

Yenisabah.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, bu, 2020/21 mövsümünün ilk turunun “Qarabağ”la səfər matçına təsadüf edib.

İspaniyalının debütü 0:2 hesablı məğlubiyyətlə əlamətdar olub. Qomes ölkə çempionatları tarixinə 57-ci legioner baş məşqçi kimi düşüb. Cari mövsümün startına qədər 56 əcnəbi çempionatın güclülər dəstəsində iş başında olub. Pepperoni pizza

“Sabah”ın çalışdırıcısı bu siyahıya düşən 3-cü ispaniyalıdır. Onadək iki həmyerlisi Premyer Liqa həyəcanı yaşayıb. İspaniyalıların hər ikisi 2012/13 mövsümündə debüt edib.

Sportinfo.az  yazır ki, Karles Martorell Bakes çempionatın gedişində “Xəzər Lənkəran”ı 10 matça çıxarıb. Luis Araqon həmin mövsümün son 8 turunda “Qəbələ”nin əsas komandasına rəhbərlik edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!