Azərbaycan klubundan iki günlük transfer: Türkiyəyə üz tutdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan klubundan iki günlük transfer: Türkiyəyə üz tutdu

İdman

23 İyun 2023 21:25 842


“Səbail” iki gün əvvəl transferini açıqladığı Coşqun Diniyevlə yollarını ayırıb.

Paytaxt təmsilçisinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, yarımmüdafiəçi Türkiyənin “Ümraniyespor” klubuna keçib.

“Dənizçilər” bunu azərbaycanlı oyunçunun legioner həyatı yaşamasına maneə yaratmamaq istəyi ilə əlaqələndiriblər. O da qeyd olunub ki, futbolçunun müqaviləsində xarici ölkə təmsilçisindən təklif alacağı təqdirdə klubun hər hansı maneə yaratmayacağı ilə bağlı bənd olub. Sezar pizza

Qeyd edək ki, C.Diniyev son olaraq “Zirə”də oynayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!