Azərbaycan klubunun 8 futbolçusu koronavirusa yoluxub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan klubunun 8 futbolçusu koronavirusa yoluxub

İdman

03 Dekabr 2020 16:33 792


"Sabah" "Neftçi" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XII tur matçından öncə koronavirusa kütləvi yoluxma təhlükəsi ilə üzləşib.

Yenisabah.az xəbər verir ki, paytaxt komandasında yoluxma sayı 8-ə yüksəlib.

Daha əvvəl "Sabah"da Coşqun Diniyev, Yevgeni Koçuk və Xulio Sezar Rodrigezin testi müsbət nəticələnib. Bundan əlavə komandanın daha 4 oyunçusunun koronavirusa yoluxduğu ehtimal edilir. pizza

Ulis Dialloda da koronavirus şübhəsi olub, lakin 28 yaşlı malili hücumçudan götürülmüş testin nəticəsi mənfi çıxıb.

"Sabah" bu gün komanda şəklində testdən keçib. Nəticələr gün ərzində açıqlanacaq.

Dekabrın 5-də "Bank Respublika Arena"da təşkil olunacaq "Sabah" - "Neftçi" matçı saat 16:00-da başlayacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!