“Azərbaycan konkret olaraq, bu qanunsuz hərbi birləşmələrin ləğvini tələb etməlidir”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan konkret olaraq, bu qanunsuz hərbi birləşmələrin ləğvini tələb etməlidir”

Rəsmi

06 İyul 2021 22:14 1391


"Ağdam istiqamətində Qarabağda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni birləşmələri bölmələrimizi intensiv atəşə tutub və bir hərbçimiz yaralanıb. Bəli, Rusiya məhz ona görə erməni silahlı birləşmələrini 10 noyabr birgə Bəyannamənin 4-cü bəndinə zidd olaraq çıxarmir ki, belə bir təxribatlara rəvac versin".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, burada məqsəd Azərbaycana təzyiq etməkdir: Toyuqlu pizza

"Amma, Rusiya bununla öz sülhməramlı fəaliyyətinə zərbə vurur. Qazanan Azərbaycan olacaq. Nə qədər erməni silahlı birləşmələri Qarabağda var, vəziyyət böhranlı olaraq qalacaq. Burada Ermənistanın heç bir fəaliyyəti yoxdur. Əsas tərəf Rusiyadır. Azərbaycan konkret olaraq, bu qanunsuz hərbi birləşmələrin ləğvini tələb etməlidir".

"Rusiya Şuşa Bəyannaməsindən sonra, Qarabağda bu kimi silahlı təxribatları davam etdirəcək. Nə qədər erməni silahlı birləşmələri var, orada sülh və təhlükəsizliyin təmini mümkün olmayacaq. Azərbaycanın bir yolu var, silahlı erməni birləşmələrini tərk silah etmək. Qarabağda qanunsuz silahlı separtizmlə üzləşmişik. Artıq bunların boğulması labüddür", - deyə politoloq qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!