Azərbaycan koronavirusa görə Fələstinə yardım etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan koronavirusa görə Fələstinə yardım etdi

Siyasət

10 İyun 2020 18:37 657


"Həqiqətən, hazırda dünya pandemiyadan çox əziyyət çəkir və pandemiyanın nəticələrinə qarşı mübarizə ölkələr və beynəlxalq təşkilatlar arasında intensiv beynəlxalq əməkdaşlıq və yardım tələb edir". 

Yenisabah.az xəbər verir ki, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində keçirilən növbədənkənar açıq virtual iclasında çıxışı zamanı deyib.

"Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası dünyanın 15-ə yaxın ölkəsinə humanitar yardım göstərmişdir. İnsanların əzab-əziyyətlərinin yüngülləşməsinə yardımçı olmaq və Fələstində yeni növ koronovirusun yayılmasının qarşısını almaq üçün göstərilən səyləri dəstəkləmək məqsədilə Fələstin Qaçqınlarına Yardım və İşlərin təşkili üzrə BMT-nin Agentliyinə (UNRWA) 2020-ci ildə 300 000 ABŞ dolları məbləğində töhfə verdik", - nazir bildirib. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!