Futbol üzrə Azərbaycan Kubokunda 1/8 finalın növbəti qarşılaşması baş tutub.
Yenisabah.az xəbər verir ki, "Araz-Naxçıvan" "Mingəçevir"lə qarşılaşıb.
Naxçıvan klubu 1/4 finala vəsiqə qazanıb. Matç "Araz-Naxçıvan"ın 3-1 hesablı qələbəsi ilə başa çatıb. pizza hut
"Araz-Naxçıvan" 1/4 finalda "Zirə" - "Şamaxı" matçının qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl "Səbail" 1/4 finala yüksəlib. Günün son oyununda "Sabah" və "Turan Tovuz" klubları münasibətlərə aydınlıq gətirəcək. 1/8 final mərhələsinə dekabrın 4-də yekun vurulacaq.
Telegram kanalımız