Azərbaycan Kuboku: “Keşlə” yarımfinala vəsiqə qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Kuboku: “Keşlə” yarımfinala vəsiqə qazandı

İdman

07 Fevral 2021 16:34 811


Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində daha bir cavab matçı keçirilib.

Yenisabah.az xəbər verir ki, "Keşlə" Gəncədə I Divizion təmsilçisi "Kəpəz"lə qarşılaşıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 58-ci dəqiqədə Rəhman Hacıyev, 90-cı dəqiqədə isə Anatole Abanq vurublar. Toyuqlu pizza

İlk qarşılaşmada da rəqibini məğlub edən (1:0) "Keşlə" adını yarımfinala yazdırıb. Paytaxt təmsilçisinin bu raunddakı rəqibi "Zirə" - "Neftçi" cütünün qalibi olacaq. İlk oyunda "qartallar" qalib gəliblər - 1:0.

Qeyd edək ki, 1/4 final mərhələsində dünən keçirilmiş oyunlarda "Qarabağ" səfərdə "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinalda rəqib olublar. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!