Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Yenisabah.az xəbər verir ki, sonuncu matçda "Neftçi" "Zirə"ni qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində qolu 26-cı dəqiqədə İlkin Muradov vurub. pizza hut
Komandalar arasındakı cavab görüşü fevralın 7-də olacaq.
Günün digər matçında "Keşlə" Bakıda "Kəpəz"i 1:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, ilk 2 oyunda "Səbail" səfərdə "Sumqayıt"ı 1:0, "Qarabağ" evdə "Qəbələ"ni 3:1 hesabı ilə yenib. /Report
Telegram kanalımız