Bu gün Azərbaycan kubokunda yarımfinalın ilk oyunlarına start verilib.
Yenisabah.az xəbər verir ki, ilk matç günündə bir görüş keçirilib. "Qəbələ" "Səbail"i qəbul edib.
"Qəbələ" bu oyunda geridönüş edə bilib - 3:2. Belə ki, əyalət təmsilçisi iki fərqlə hesabda geri olsa da, rəqib qapısından 3 top keçirərək qalib gəlməyi bacarıb. Bu komandalar arasında cavab oyunu aprelin 27-i olacaq. Pepperoni pizza
Qeyd edək ki, sabah yarımfinalın digər ilk oyunu - "Turan-Tovuz" - "Neftçi" görüşü keçiriləcək.
18 aprel (çərşənbə axşamı)
18:00. “Qəbələ” – “Səbail” - 3:2
Qollar: Rafael Utziq, 34, 66, Felipe Santos, 74 - İlkin Muradov, 8, Emil Martinov, 21,
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu
Telegram kanalımız