Azərbaycan kuboku: “Zirə” qalib gəldi, “Qarabağ”dan qolsuz heç-heçə

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kuboku: “Zirə” qalib gəldi, “Qarabağ”dan qolsuz heç-heçə

İdman

22 Aprel 2021 00:42 797


Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyunlar çərçivəsində hər iki qarşılaşma eyni gündə baş tutub.

Günün ilk görüşü “Keşlə” “Zirə”ni qəbul edib. Meydan sahibləri fasilə ərəfəsində hesabı açsa da, üstünlüyünü qoruya bilməyiblər. İkinci hissədə 5 dəqiqə ərzində iki qol vuran "Zirə" səfər qələbəsi qazanaraq, cavab görüşü öncəsi tarixinin ilk tituluna bir addım da yaxınlaşıb. pizza sifarişi

Sumqayıtda isə yerli komanda “Qarabağ”ı sınağa çəkib. Oyun qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, cavab oyunları aprelin 29-da keçiriləcək.

Azərbaycan kuboku

Yarımfinal, ilk oyunlar

 

21 aprel (çərşənbə)

18:30. “Keşlə” – “Zirə” - 1:2

Qollar: Sadio Tounkara, 45+2 - Rodriqo Bonqonqui, 57, Nemanya Andelkoviç, 62

Baş hakim: Kamal Umudlu

 

20:30. “Sumqayıt” – “Qarabağ” - 0:0

Baş hakim: Rəşad Əhmədov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!