Azərbaycan Kubokunda daha iki yarımfinalçı müəyyənləşəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Kubokunda daha iki yarımfinalçı müəyyənləşəcək

İdman

07 Fevral 2021 09:17 579


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Yenisabah.az xəbər verir ki, sonuncu cavab görüşlərindən sonra bütün yarımfinalçılar müəyyənləşəcək.

Günün ilk matçında "Kəpəz" "Keşlə"ni qəbul edəcək. Gəncə təmsilçisi ilk görüşdə paytaxt təmsilçisinə 0:1 hesabı ilə uduzub. Pepperoni pizza

İkinci görüşdə "Zirə" "Neftçi" ilə üz-üzə gələcək. Flaqman ilk matçda rəqibinə minimal hesabla məğlub olub. Bu cütün qalibi yarımfinalda "Kəpəz" - "Keşlə" duelinin güclüsü ilə qarşılaşacaq.

Azərbaycan Kuboku, 1/4 final

Cavab görüşləri

7 fevral

14:30. “Кəpəz” – “Keşlə”

Gəncə şəhər stadionu

İlk oyun - 0:1

17:30. “Zirə” – “Neftçi”

Zirə İdman Kompleksinin stadionu

İlk oyun - 1:0

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Qəbələ"ni 3:0, "Sumqayıt" isə "Səbail"i 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!