Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Yenisabah.az xəbər verir ki, ilk oyun günündə 2 cavab görüşü keçiriləcək. "Zirə" ilk matçda qalib gəldiyi "Səbail"lə bu dəfə evdə qarşılaşacaq. Oyun saat 17:00-da başlayacaq.
"Qarabağ" isə ilk oyunda darmadağın etdiyi "Sabah"ı qəbul edəcək. Bu matç isə saat 20:00-da start götürəcək. Pepperoni pizza
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab matçları fevralın 9-da keçiriləcək.
Azərbaycan kuboku, 1/4 final, cavab oyunları
8 fevral
17:00. "Zirə" - "Səbail"
İlk oyun - 2:1.
20:00. "Qarabağ" - "Sabah"
İlk oyun - 7:1.
9 fevral
16:00. "Qəbələ" - "Araz-Naxçıvan"
İlk oyun - 1:1
19:00. "Neftçi" - "Sumqayıt"
İlk oyun - 3:2
Telegram kanalımız