Azərbaycan kubokunda son 15 mövsümün rekordu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kubokunda son 15 mövsümün rekordu

İdman

22 Dekabr 2023 17:04 980


Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İrəvan” - “Araz-Naxçıvan” qarşılaşması 10 qolun vurulması ilə əlamətdar olub. 

Yenisabah.az PFL-in saytına istinadən xəbər verir ki, bu, ölkə kuboku tarixində 10 və ya daha çox qolun qeydə alındığı ümumilikdə 15-ci matçdır. 1992-ci ildən keçirilən yarışda bunadək 14 belə yüksək məhsuldarlıq yaşanıb. 

Son 15 mövsümdə isə ilk dəfə bir qarşılaşmada 10 qol vurulub. Sonuncu belə məhsuldar görüş 2008/09 mövsümündə baş tutub. 2008-ci il oktyabrın 30-da “Bakı” “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirib.  pizza sifarişi

Qeyd edək ki, "İrəvan" bu matçda 2:8 hesabı ilə məğlub olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!