Azərbaycan kubokunda yarımfinal cütləri məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kubokunda yarımfinal cütləri məlum oldu

İdman

07 Fevral 2021 20:20 805


Azərbaycan kubokunda yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, 1/4 finalın son günündə ikinci cütün tərkibi bəlli olub.

Yarımfinalın ikinci cütündə “Keşlə” finala vəsiqə uğrunda görüşdə “Zirə” ilə qarşılaşacaq. Bu komandalar müvafiq olaraq “Kəpəz” (1:0, 2:0) və “Neftçi”ni (1:0, 0:0) mübarizədən kənarlaşdırıb. pizza

Qeyd edək ki, aprelin 21-də və 29-da baş tutacaq yarımfinalın digər cütü bir gün əvvəl bəlli olub. “Qəbələ”ni hər iki görüşdə (3:1, 3:0) məğlub edən “Qarabağ” “Səbail”i səfər qolları ilə keçən “Sumqayıt”la (0:1, 2:1) görüşəcək.

Azərbaycan kuboku

1/2 final

(21/29 aprel)

"Sumqayıt" – "Qarabağ"

“Keşlə” -  “Zirə”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!