Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb

İqtisadiyyat

12 Avqust 2023 17:51 2594


Bu il iyulun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,84 bənd təşkil edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir.

Bu göstərici 2023-cü ilin iyunun 1-i ilə müqayisədə 0,08 bənd, yanvarın 1-i ilə müqayisədə 0,69 bənd, 2022-ci ilin iyulun 1-nə nisbətən isə 1 bənd azdır. pizza

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!