Azərbaycan məhsulları Qətərə ixrac olunur

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan məhsulları Qətərə ixrac olunur

İqtisadiyyat

25 Yanvar 2021 19:10 1059


Azərbaycan məhsulları Qətərə ixrac olunur.

İqtisadiyyat Nazirliyi tərəfindən Yenisabah.az-a verilən məlumata əsasən, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycanın “İDEA” şirkəti və Qətərin daşınmaz əmlak sektorunda aparıcı şirkətlərindən olan “Halul Group Real Estate” şirkəti arasında 2020-ci lin iyulunda ixraca dair müqavilə imzalanıb.

Müqaviləyə uyğun olaraq, “İDEA” şirkəti Qətərdə tezliklə istifadə verilməsi planlaşdırılan “Doha Oasis” layihəsi üçün yerli memarlarımız tərəfindən müasir üslubda dizayn olunaraq hazırlanan ekotullantı qutuları və skamyalar ixrac edib. Marqarita pizza

“Doha Oasis” Qətər Dövlətinin paytaxtı Doha şəhərində yerləşən Müşeyreb rayonunun mərkəzində nadir və yüksək səviyyəli çoxfunksiyalı kompleksdir.

Qeyd edək ki, 2014-cü ildən ixraca başlayan “İDEA” şirkəti indiyədək  Rusiya, Qazaxıstan, İrlandiya və Qətərə məhsul ixrac edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!