“Azərbaycan məktəbi”nin sabiq baş redaktoruna cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan məktəbi”nin sabiq baş redaktoruna cinayət işi açıldı

Kriminal

06 Dekabr 2021 20:47 782


Baş Prokurorluq Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan məktəbi” jurnalının sabiq baş redaktoru Rahil Nəcəfovun AMEA əməkdaşlarının pulunu mənimsəməsi ilə bağlı məsələyə münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, qeyd edilən faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi istintaq olunur.

Nəcəfov Rahil Nadir oğluna Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham elan olunub. Dördpendirli pizza

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!