Azərbaycan məktəbləri boş qalıb -   “Təhsil nazirinin xəbəri yoxdur!”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan məktəbləri boş qalıb - “Təhsil nazirinin xəbəri yoxdur!”

Sosial

11 Sentyabr 2025 15:55 16202


"Məktəbin 3 funksiyası var: müvafiq bilikləri vermək, tərbiyə vermək və fiziki hazırlığı gücləndirmək. Bunun üçü də indi yoxdur. Məktəblərimiz nə bilik verir, nə fiziki hazırlıq verir, nə də tərbiyə”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. O bildirib ki, təhsilin əsas vəzifələrindən biri vətəndaş yetişdirməkdir:

“Təhsilin əsas vəzifələrindən biri vətəndaş yetişdirməkdir. Amma bu vətəndaşın hansı keyfiyyətləri olmalıdır? Sovet dövründə bu bəlli idi: fiziki hazırlıq, nəğmə oxumaq, dərnəklərdə iştirak etmək və s. Bəs bu nəhəng teatr ustaları və aktyorları harada yetişmişdi? Təbii ki, məktəbdə. Səməndər Rzayev, Həsənağa Turabov, Həsən Məmmədov, Əliağa Ağayev, Hamlet Xanızadə və digərləri məktəb dərnəklərində yetişib. Təhsil naziri hələ indiyə qədər bilmir ki, məktəbdə idman dərsi keçirilmir. Məktəbin 3 funksiyası var: müvafiq bilikləri vermək, tərbiyə vermək və fiziki hazırlığı gücləndirmək. Bunun üçü də indi yoxdur. Məktəblərimiz nə bilik verir, nə fiziki hazırlıq verir, nə də tərbiyə. Müəllimlər bütün bu tərbiyə komponentini üstlərindən götürüblər. Çünki uşaq məktəbə gəlmir”.  Marqarita pizza

Etibar Əliyev qeyd edib ki, təhsil nazirinin məktəblərdən xəbəri yoxdur:

“Gedin baxın görün məktəblərdə idman meydançaları nə gündədir. Amma bu adam bilmir ki, məktəbdə idman dərsi keçirilmir. Məktəbdə musiqi dərsi keçirilmirsə, nəğmə oxuyanların potensialı harada üzə çıxacaq? Böyük artistlər, aktyorlar haradan yetişib? Məktəb dərnəklərindən. Yeni menecerlər bütün bunları artıq yoxa çıxarıb. Vətəndaş, şəxsiyyət yetişdirməyin yolu haradadır? Orta məktəbdə. Uşaqlar idman geyinib idman etmir. Plaşda, gödəkcədə, cins şalvarda idman dərsinə girirlər. Təhsil nazirinin məktəblərdən xəbəri yoxdur. Mədəniyyət nazirliyi gəlib baxmalıdır ki, məktəblərdə dərnəklər keçirilir ya yox? Bəlkə oradan bir istedad yüksəldi? Nəhəng Azərbaycan aktyorlarının, rejissorlarının hamısı məktəb dərnəklərindən yetişiblər”.

Xatırladaq ki, Elm və Təhsil naziri Emin Əmrullayev ötən gün qatıldığı tədbirlərin birində bildirib ki, fiziki tərbiyə dərslərinə sadəcə adi fənn kimi deyil, gənc nəslin sağlam və hərtərəfli inkişafı üçün vacib sahə kimi yanaşılır. Nazirin bu açıqlaması sosial mediada birmənalı qarşılanmayıb. Bir çox valideynlər və müəllimlər məktəblərdə fiziki hazırlıq, təsviri incəsənət, texnologiya və musiqi kimi dərslərin aktiv formada keçirilməməsindən gileylənib. Keçmiş deputat Etibar Əliyev isə öz “Facebook” səhifəsində nazirin sözügedən açıqlamasını kəskin tənqid edib.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Asef
    Tehsil nazirliyi sertfikasiyani atib ortaliga,kim10 ball,toplayib,ele nizamlayiblar 100-aznen yuxari galxmir maaslar,51-ball tkplayan muellimlerinde maaslari ele artib 150-den yuxari almirlar,kim deye biler 1500azn alirdim,t1 ball topladim,1900 azn aliram,Eyaletde miellimler kredit icinde bogulurlar,ders saatlarin saliblar 24 saaya,en tecrubeli muellimlerin,adinda goyublar,sertifikasiyada ball toplayib maasi superdi.2-ildi sertifikasiyaya gore muellimlerin maasi galxmir,pensiyalar,5-defe galxib,muellim artig ozu tegadu cixmag istiyir,onlara baxib.Yani deyirler yixil ol
    8 months ago
  • AFƏT
    Tamamile doqru,baqca ve mekteb ne tehsil verir,ne terbiye uste gelde bulling en yuksek hedde.6 yaşinda mektebe getmiyen uşaqi baqca qebul etmir,bes komeksiz tek analar mektebeqeder haxirliqa neca qoysun uşaqlari.umumiyyetle qanundaki boşluqlar cemiyyetin boyuk bir qismin tam komeksiz haldadir.
    8 months ago
  • Haller
    ...bes, "millet" vekilinin hansi funksiyalari vardi?!...once ozunuzden danisin...cunki oz funksiyasini yerine yetirmeyen, digerine irad tuta bilmez!!!
    8 months ago