Azərbaycan məscidlərində Türkiyədəki zəlzələdə ölənlər üçün cənazə namazı qılınacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan məscidlərində Türkiyədəki zəlzələdə ölənlər üçün cənazə namazı qılınacaq

Din

09 Fevral 2023 14:11 2790


“Azərbaycan məscidlərində Türkiyədə baş verən zəlzələdə həlak olanların əziz ruhlarına Quran oxunacaq, qiyabi meyit namazları qılınacaq”.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını ziyarət edərkən deyib.

Şeyxülislam Qafqaz müsəlmanları adından qardaş Türkiyə xalqına baş verib, təbii fəlakət - çoxsaylı insan tələfatı ilə nəticələnən sarsıdıcı zəlzələ ilə əlaqədar kədərləndiyini bildirib, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verərək yaralananlara və xəsarət alanlara Allahdan şəfalar diləyib. pizza mizza

QMİ sədri qeyd edib ki, qardaş Türkiyə xalqı Allahın köməyi və bütün türkdilli xalqların duaları ilə bu ağır imtahandan alnı açıq, daha möhkəm və mətin çıxacaq: “Bu niyyətlə Azərbaycan came və məscidlərində fəlakət qurbanlarının əziz ruhlarına Quran oxunacaq, qiyabi meyit namazları qılınacaq, qardaş türk xalqına Uca Allahdan səbr və dəyanət razi-niyaz ediləcək və dindarlarımıza türk qardaşlarına maddi-mənəvi yardım etmək tövsiyə olunacaq. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası bu günlərdə TC Diyanət Başkanlığı vasitəsi ilə zərərçəkmişlərə maddi yardım göndərib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!