Azərbaycanda son günlər meşə yanğınlarının ardı-arası kəsilmir. Hirkan Milli parkında, Quba və Oğuz meşələrində, eləcə də Qəbələdə, Şəkidə, Bərdədə, Ağsuda meşəlik ərazilərdə güclü yanğınlar baş verdi.
Bəs bu yanğınların baş vermə səbəbi nədir? Burada insan amili rol oynayır, yoxsa qlobal istiləşmənin təsirlərini müşahidə etməyə başlamışıq?
Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə “Yeni Sabah”a açıqlamasında qeyd edib ki, yanğınların əksəriyyəti insan faktoruna görə baş verir: pizza hut
“Hər yanğından sonra həm Fövqəladə Hallar Nazirliyinin, həm də digər aidiyyatı qurumların müvafiq orqanları tərəfindən tədqiqatlar aparılır. Bir çox yanğınların baş vermə səbəbi ehtiyatsızlıq törədən şəxslərdir. Çalışılır ki, onlar tapılsın, ictimai qınağa məruz qalsın, insanlar, vətəndaşlar bilsin ki, yanğınların səbəbkarları kimlərdir. Eyni zamanda hüquqi məsuliyyətə cəlb olunsunlar. Çünki bu yanğınlar nəticəsində dövlətə külli miqdarda ziyan dəyir həm təbii sərvətlər məhv olur, həm də dövlət qurumları kifayət qədər vəsait xərcləyir, insanlar əziyyət çəkir, həyatlarını riskə atırlar. Bu baxımdan bu tədqiqatlar sonunda səbəbkarın aşkarlanmasında ən maraqlı tərəfik".
H.Əlizadə bildirib ki, yanğınların qarşısını almaq üçün bir çox tədbirlər görülür:
"Yanğınlarla bağlı profilaktik tədbirlər aparılır və aparılacaq. Bura həm əhali arasında aparılan təbliğat, həm də birbaşa təbiət ərazilərində mineral zolaqların qorunması, sonra yerli ərazi işçilərinin müvafiq texnika ilə təchiz olunması, növbətçilik sisteminin daima aparılması və s. daxildir”.
Direktor qlobal istiləşmə faktoruna da diqqət çəkib:
“Qlobal istiləşmənin ilk növbədə təbiətə, insanlara və onların səhhətlərinə mənfi təsirləri ola bilər. Ona görə də aidiyyatı qurumlar bunun qarşısını almaq üçün imkan daxilində tədbirlər alırlar . Əlbəttə ki, bəzi proseslərə insan müdaxiləsi mümkün olmur”.
Sabrina
Telegram kanalımız