Tanınmış aşpaz Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyi tərəfindən işdən çıxarılıb.
“Yeni sabah”ın məlumatına görə, Muxtarov Orxan Fərhad oğlu işə bərpa ilə bağlı Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyini məhkəməyə verib. Məhkəmə prosesi Sabunçu rayon Məhkəməsində hakim Zaur Haclyevin sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, 2019-cu ilin avqust ayında bir qrup gənc mətbəx mütəxəssislərinin təşəbbüsü ilə Yeni Azərbaycan Kulinariya Assosiasiyası yaradılıb. Assosiasiyasının təsisçiləri aşpazlar Orxan Muxtarov, Araz Əhmədov, Sərxan Məmmədov və bloger Fərhad Aşurbəylidir. Təşkilatın sədri isə Orxan Muxtarov seçilib. Assosiasiyanın təsisçilərindən olan Fərhad Aşurbəylinin sözlərinə görə, birliyin yaradılmasında məqsəd Azərbaycan qastronomiyasının gələcək inkişafı üçün bazarı birləşdirməkdir. Assosiasiyanın hədəfləri arasında yalnız peşənin inkişafı və ölkənin aşpaz və qənnadıçılarına dəstək olmaq deyil, həm də qastronomik turizmin inkişafı və milli mətbəxin dünya platformalarında tanıdılması da var. Pepperoni pizza
Qeyd edək ki, məşhur aşpaz Orxan Muxtarov bir çox beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil edib. Elə bu - Yeni Azərbaycan Kulinariya Assosiasiyası yaradıldıqdan sonra Orxan Muxtarov Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin sıralarından çıxarılıb.
Azər İsrafilov
Telegram kanalımız