Azərbaycan millisi 6 pillə irəlilədi - Dünya reytinqi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi 6 pillə irəlilədi - Dünya reytinqi

İdman

30 Noyabr 2023 15:28 1126


FİFA milli komandaların yeni dünya reytinqini təqdim edib. 

Yenisabah.az qurumun saytına istinadən xəbər verir ki, 1174.22 xala malik olan Azərbaycan millisi ötən ayla müqayisədə 6 pillə irəliləyib. Yığmamız 114-cü sıradadır. 

Reytinq cədvəlinə 1855,20 xalla son dünya çempionu Argentina millisi liderlik edir. Fransa 1845,44 xalla 2-ci, İngiltərə isə 1800.05 xalla 3-cüdür. 1798,46 xala malik Belçika 4-cü yerdədir. "5-liy"i Braziliya (1784,09 xal) tamamlayır.  pizza

Qardaş ölkə Türkiyənin yığma komandası isə 1505.28 xalla 37-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, Azərbaycan millisi Avro-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya 0:5 hesabı ilə uduzub. AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!