Azərbaycan millisi AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi AVRO-2021-in final mərhələsinə yüksəlmək şansını itirdi

İdman

08 Oktyabr 2020 20:42 1336


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, yığmamız AVRO-2021-in seçmə mərhələsində Slovakiya ilə qarşılaşıb.

Matçın ilk yarısı qolsuz başa çatıb. İkinci hissədə meydan sahibləri hesabı açmağa müvəffəq olub. Amma yığmamız cəmi 4 dəqiqə hesabda geri olub. Mert Çelik millimizi ümidləndirib. Buna baxmayaraq, Milan Obradoviçin yetirmələri bərabərliyi qoruya bilməyiblər. Uzatma dəqiqəsində fərqlənən Slovakiya millisi 3 xal qazanıb. Sezar pizza

Bu yenilgidən sonra Azərbaycan yığması 5-ci pilləyə yuvarlanıb. Tsikldə 8-ci matçına çıxan komandamız Nitra şəhərində aldığı məğlubiyyətdən sonra həm də final mərhələsinə çıxmaq üçün nəzəri şansını da itirib. 

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 13-də səfərdə Gürcüstanla keçirəcək.

AVRO-2021-in seçmə mərhələsi

2-ci qrup

8 oktyabr

18:30. Slovakiya – Azərbaycan - 2:1

Tomas Suslov, 62, İvan Mesik, 90+4 - Mert Çelik, 66

Baş hakim: Kristoffer Haqenes (Norveç)

Nitra. “Nitra” stadionu

/Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!