Azərbaycan millisi Avropa çempionatının qalibi oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi Avropa çempionatının qalibi oldu

İdman

14 İyul 2024 23:44 1050


Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol millisi Avropa çempionatının C divizionunda final matçına çıxıb.

Yenisabah.az xəbər verir ki, Evren Alkayanın yetirmələri həlledici görüşdə Kipr yığması ilə üz-üzə gəliblər.

Qarşılaşma millimizin 69:52 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionatının qalibi adını qazanıb. Pepperoni pizza

Qeyd edək ki, qrup mərhələsində Ermənistan millisini 86:59, Gürcüstanı 97:40, Kipri isə 68:45 hesabı ilə üstələyən gənc basketbolçularımız yarımfinalda Albaniyanı məğlubiyyətə uğradıblar - 92:62. Yarış Cəbəllütariqdə keçirilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!