Azərbaycan millisi bu gün son oyununu keçirəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi bu gün son oyununu keçirəcək

İdman

26 Noyabr 2023 11:55 935


18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün sonuncu oyununa çıxacaq.

Yenisabah.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Gürcüstanla qarşılaşacaq.

Dauqavpils şəhərində gerçəkləşəcək matç Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. pizza hut

Azərbaycan millisi buna qədər turnirdə Latviya, Ukrayna, Estoniya, Litva və Polşaya qarşı keçirdiyi görüşlərin hamısında rəqiblərinə 0:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!