Azərbaycan millisi Ermənistana qarşı oynayacaq 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi Ermənistana qarşı oynayacaq 

İdman

08 İyul 2024 14:07 683


9-14 iyul Cəbəllütariqdə 16 yaşlı qızlar arasında basketbol üzrə Avropa çempionatı "C" divizionu oyunları keçiriləcək. 

Yenisabah.az xəbər verir ki, A qrupunda qərarlaşmış qızlardan ibarət Azərbaycanın U-16 millisi Gürcüstan, Ermənistan və Kipr yığmalarına qarşı mübarizə aparacaq. 

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimizin qrupdakı ilk oyunu, 9 iyul Bakı vaxtı ilə saat 15:00-da Ermənistan yığmasına qarşı olacaq.  Marqarita pizza

Qızlarımız qrupda növbəti oyunlarını, 10 iyul saat 12:30-da Gürcüstan və 11 iyul saat 12:30-da Kipr millilərinə qarşı keçirəcəkdir. 

Qeyd edək ki, Avropa çempionatının bütün oyunları FİBA -nın rəsmi "youtube" hesabından canlı olaraq yayımlanacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!