Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəlilədi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi FİFA reytinqində 1 pillə irəlilədi

İdman

26 Oktyabr 2023 13:47 738


FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. 

Yenisabah.az qurumun saytına istinadən xəbər verir ki, Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Canni De Byazinin baş məşqçisi olduğu komanda 1147 xalla 120-ci pillədə qərarlaşıb. 

 Azərbaycan millisi bu ay  Avro-2024-ün seçmə mərhələsində Estoniyaya 2:0 hesabı ilə qalib gəlib, Avstriyaya 0:1 hesabı ilə uduzub.  Marqarita pizza

İlk 3-lükdə  dəyişiklik olmayıb. Son dünya çempionu Argentina siyahıda 1-ci pillədə (1851 xal) qərarlaşıb. Fransa 2-ci (1840),  Braziliya  3-cü (1837) pillədə yer alıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!