Azərbaycan millisi ilə oyundan əvvəl İsveçdən yeni qərar 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi ilə oyundan əvvəl İsveçdən yeni qərar 

İdman

16 Noyabr 2023 15:15 996


İsveç milli komandası bu gün Azərbaycan millisi ilə oyuna qara sarğı ilə çıxacaq. 

Bu barədə Yenisabah.az saytına AFFA-nın mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, oktyabrın 16-da Avro-2024-ün Belçika - İsveç matçından əvvəl qonaq komandanın iki nəfər azarkeşi Brüsseldə qətlə yetirilib. Bu səbəbdən fasilədən sonra oyun yarıçmıq dayandırılıb.  pizza sifarişi

İsveç Futbol Federasiyası həmin azarkeşlərin xatirəsinə ehtiram olaraq bugünkü oyuna qara sarğı ilə çıxmaq barədə qərar verib. Bu qərar UEFA tərəfindən təsdiqlənib. 

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu saat 21:00-da başlanacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!