Azərbaycan millisi İsveçrəyə uduzdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi İsveçrəyə uduzdu

İdman

13 Noyabr 2020 00:05 1106


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxıb.

Yenisabah.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib.

2-ci qrupda mübarizə aparan Milan Obradoviçin yetirmələri İsveçrə ilə qarşılaşıb. Qrupda itkisiz irəliləyən və final mərhələsinə vəsiqəni təmin edən liderlə görüş səfərdə baş tutub. Seçmə mərhələdə qonaq olduğu bütün oyunlarda uduzan komandamız uğursuzluq seriyasını qıra bilməyib. Sezar pizza

Halbuki futbolçularımız buna çox yaxın olublar. 22-ci dəqiqədə hesabı açan millimizin üstünlüyü bir hissə çəkib. Fasilədən dərhal sonra bərabərliyi təmin edən ev sahibləri son saniyələrdə qalibiyyət qoluna imza atıblar.

Bununla da turniri 6 xalla tamamlayan yığmamız ən yaxşı halda qrup 5-cisi olacaq.

AVRO-2021-in seçmə mərhələsi

2-ci qrup

12 noyabr

22:00. İsveçrə - Azərbaycan - 2:1

Qollar: Bastyen Toma, 49, Filip Stojilkoviç, 90+1 - Ozan Kökçü, 22

Baş hakim: Kaspar Syiberq (İsveç)

Tyun. “Tyun Arena”

/Apasport.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!