Azərbaycan millisi Kiprlə oyuna qara sarğıda çıxacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi Kiprlə oyuna qara sarğıda çıxacaq

İdman

11 Oktyabr 2020 21:30 1348


Azərbaycan milli komandası UEFA Millətlər Liqasında Kipr millisinə qarşı keçirəcəyi IV tur oyununa qara sarğı ilə çıxacaq.

Yenisabah.az AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu addım Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq atılacaq.

Qeyd edək ki, Azərbaycan - Kipr matçı oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda təşkil olunacaq. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!