Azərbaycan millisi Moldovaya 4 qolla qalib gəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi Moldovaya 4 qolla qalib gəldi

İdman

20 Mart 2024 21:11 1129


17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində B Liqasının 2-ci qrupunda 3-cü oyununu keçirib. 

Yenisabah.az xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 4:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 7-ci dəqiqədə Ayşən Salamzadə açıb. Arzu Cəfərova 25-ci dəqiqədə fərqi iki topa çatdırıb. Komandamızın 3-cü qolunu 63-cü dəqiqədə Vahidə Əlipaşayeva vurub. Millimizin dördüncü qolunu isə 78-ci dəqiqədə Xanım Əsədova vurub. 

Beləliklə, Azərbaycan millisi qrupu 3 xalla 3-cü yerdə başa vurub. Qrupda 1-2-ci yerləri müvafiq olaraq Bolqarıstan və Sloveniya (hərəsi 7 xall), 4-cü yeri isə (0 xal) Moldova tutub.  pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!