Azərbaycan millisi “qol orucu“nu pozacaqmı? - 511 dəqiqədir qol həsrəti davam edir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi “qol orucu“nu pozacaqmı? - 511 dəqiqədir qol həsrəti davam edir

İdman

23 Mart 2021 15:48 904


Futbol üzrə Azərbaycan millisi 5 oyundur qol vura bilmir.

Yenisabah.az apasport.az-a istinadla xəbər verir ki, saytının məlumatına görə, sabah Portuqaliya ilə üz-üzə gələcək yığmamızın qol həsrəti 511 dəqiqədir davam edir.

Sonuncu qola Maksim Medvedev imza atıb. O, ötən il sentyabrın 8-də Kiprlə Nikosiyadakı görüşdə fərqlənib. Sezar pizza

Müdafiəçinin 29-cu dəqiqədəki qolu 1:0 hesablı qələbə üçün yetərli olub. Ardınca Monteneqroya 0:2 hesabı ilə uduzan milli ötən ili ardıcıl 4 qolsuz heç-heçə ilə tamamlayıb.

Kipr, Sloveniya, Monteneqro və Lüksemburqla qarşılaşmalarda eyni – 0:0 hesabı qeydə alınıb. Bir sözlə, 5 matçdır qol vurmayan yığma 4 oyundur özü də top buraxmır.

Sonuncu dəfə oktyabrın 10-da qapısında qol görən millini İqor İvanoviç məyus edib. Monteneqrolunun qolundan sonra yığma 379 dəqiqəlik quru seriyaya malikdir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!