Azərbaycan millisi Qran Prinin ən yaxşı komandası oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi Qran Prinin ən yaxşı komandası oldu

İdman

26 May 2021 22:56 1017


Bakıda keçirilən paracüdo üzrə Qran Pri yarışı başa çatıb.

Yenisabah.az xəbər verir ki, son gündə meydana çıxan səkkiz idmançımızdan yalnız üçü medal qazana bilib.

Qadın millimizdə Xanım Hüseynova (-63 kq) qızıl və Zülfiyyə Hüseynova (-70 kq) gümüş medal qazanıb. Dördpendirli pizza

Kişilərdə isə Hüseyn Rəhimli (-81 kq) finalda uduzaraq gümüş medalla kifayətlənib.

İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev (+100 kq) iki görüş keçirsə də, onun zədəli olması və tam hazır olmaması özünü göstərib. Milli Paralimpiya Komitəsinin vitse-prezidenti də olan Zəkiyev hər iki görüşdə uduzub.

Bununla da Paralimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycan doqquz medal (üç qızıl, iki gümüş və dörd bürünc medal) qazanıb.

Özbəkistan bu göstəricidə ikinci (iki qızıl, beş gümüş və üç bürünc medal) və Braziliya üçüncü (iki qızıl və iki bürünc medal) olub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!