Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq oyunu keçiriləcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş "TRT Spor"a müsahibəsində deyib. O matçın gələn il mayın 26-sında Antalyada keçiriləcəyini söyləyib.
Türkiyə yığması matçdan bir neçə gün sonra - iyunun 1-də Xorvatiya, 4-də isə İrlandiya seçməsi ilə qarşılaşacaq. pizza sifarişi
Qeyd edək ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsində iyunun 17-si Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
Telegram kanalımız