Azərbaycanın 2 yaş qrupu üzrə milli komandalarının baş məşqçiləri bəlli olub.
"Yeni Sabah" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qrumun Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun olaraq, 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi vəzifəsi Elxan Abdullayevə tapşırılıb. Eyni zamanda, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçi postu isə Aqil Nəbiyevə həvalə olunub. Telegram kanalımız