Azərbaycan millisində daha bir itki

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisində daha bir itki

İdman

15 Noyabr 2024 18:58 1045


Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Rüstəm Əhmədzadə zədə səbəbindən bu il meydana çıxa bilməyəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hücumçu qış fasiləsindən sonra sıraya dönə biləcək. "Qartallar"ın digər oyunçusu Qismət Alıyev isə təxminən 10 gündən sonra yaşıl meydanlara qayıdacaq. Dominos pizza

Qeyd edək ki, Rüstəm Əhmədzadə “Zirə”nin heyətində zədələndiyi üçün Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb. Onun əvəzinə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı milliyə dəvət alıb.

Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv UEFA Millətlər Liqasının qrup mərhələsində noyabrın 16-da Qəbələdə Estoniya, 19-da isə Solnada İsveç yığması ilə qarşılaşacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!