“Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu” - Höccət Haqverdi

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan millisində oynamaq mənim üçün çox faydalı oldu” - Höccət Haqverdi

İdman

04 Oktyabr 2022 01:07 1132


"Azərbaycan millisində Serbiya, Portuqaliya, Slovakiya və İrlandiya kimi yığmalara qarşı oynamışam. Avropa komandaları ilə ümumilikdə 15-16 oyun keçirmişəm. Bu amil mənim üçün çox faydalı oldu və təcrübəmi artırdı".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan millisinin və İranın "Traktor" klubunun futbolçusu Höccət Haqverdi yığmadakı çıxışı barədə danışarkən deyib.

29 yaşlı müdafiəçi portuqaliyalı Kriştianu Ronaldu və serbiyalı Duşan Vlahoviç kimi ulduzlara qarşı mübarizə apardığını bildirib: "Vlaoviç çox yaxşı fiziki gücə malikdir. Odur ki, bu forvarda qarşı oynamaq asan deyil. Serbiya yığması ilə matçda məni çox narahat etmişdi". pizza sifarişi

Təcrübəli oyunçu UEFA Millətlər Liqasında Slovakiya və Qazaxsıtana qalib gəldikləri matçlara da toxunub: "Şükürlər olsun ki, hər iki matçda qələbə qazandıq və qrupu ikinci pillədə başa vurduq"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!