“Azərbaycan millisindəki işimi davam etdirəcəyəm” - Canni De Byazi

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan millisindəki işimi davam etdirəcəyəm” - Canni De Byazi

İdman

01 Aprel 2022 00:28 508


Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi yığmadakı işini davam etdirəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə italiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlama verib.

O, çətinliklərin olduğunu etiraf etsə də, Millətlər Liqasının sonunadək vəzifəsində qalacağını vurğulayıb. pizza sifarişi

66 yaşlı baş məşqçi İtaliya millisinin dünya çempionatından kənarda qalmasına da toxunub: "Bu, futbolun bir parçasıdır. Toylara getmək yaxşıdır, heç dəfn mərasimində iştirak etmək pis? Ötən ilin iyulunda qəhrəman olan Roberto Mançini bu gün axmaqdır? Avropa çempionluğunu qazananda hamı onu tərifləyirdi. Mançini hiss etdiyi şeyi etdi"./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!