"Azərbaycan millisindən təklif almışdı, amma..." - Türkiyəli baş məşqçi komandamızdan niyə imtina etdi?

saytların hazırlanması

Evə çatdırılma

"Azərbaycan millisindən təklif almışdı, amma..." - Türkiyəli baş məşqçi komandamızdan niyə imtina etdi?

İdman

02 Mart 2020 14:40 362


Türkiyəli məşqçi Abdullah Avcının futbol üzrə Azərbaycan millisini çalışdıracağı ilə bağlı yayılan söz-söhbətlərə son qoyulub. "Yeni Sabah" xəbər verir ki, bu barədə çalışdırıcının "Başakşəhər"də işlədiyi vaxt köməkçisi olmuş Sərhat Gülpınar Türkiyə mətbuatına açıqlama verib. O bildirib ki, Avcı mövsüm sonuna qədər dincəlmək fikrindədir və buna görə ona gələn təklifləri rədd edib: "Abdullah Avcı ilə "Beşiktaş"dan ayrıldıqdan sonra görüşdük. O, qətiyyətlə söylədi ki, mövsümün sonuna qədər işləməyəcək və ancaq istirahət edəcək. Buna görə gələn bütün təklifləri rədd edib. Azərbaycan millisindən də təklif almışdı, lakin danışıqlar müsbət alınmadı". Qeyd edək ki, 2019-cu ildən "Beşiktaş"ın baş məşqçi postunda olan Avcı komandasının uğursuz çıxışlarına görə cari ilin yanvarında istefa verib. Xatırladaq ki, Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində cəmi 1 xal toplamasından sonra Nikola Yurçeviç ötən ilin dekabrında istefaya göndərilib. Hazırda millinin baş məşqçi postu boş olaraq qalır. AFFA-ın baş katibi Elxan Məmmədov açıqlamasında komandanın sükanı arxasına əcnəbi çalışdırıcının gətiriləcəyini demişdi.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!