Azərbaycan millisindən təklif gözləyirəm - Şenol Güneş  

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisindən təklif gözləyirəm - Şenol Güneş  

İdman

07 Dekabr 2023 15:18 1237


Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisində işləməyə hazır olduğunu bildirib. 

Yenisabah.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. 

"Hazırda Avstriyada dincəlirəm. Azərbaycan millisində çalışmaqdan qürur duyardım", - o deyib.  Marqarita pizza

Şenol Güneş müəyyən insanlardan təklif gəldiyini və hələlik rəmi təklif gözlədiyini bildirib. 

"Oturub ətraflı danışmaq lazımdır. Azərbaycan futbolu yüksəlişdədir. Milli komandanı çalışdırmaqdan qürur duyardım", - Şenol Güneş qeyd edib. 

Türkiyəli məşqçinin son komandası "Beşiktaş" olub. O, bu il oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib. 

Qeyd edək ki, Azərbaycan millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!