“Azərbaycan millisinə hörmət etmək lazımdır” - Beılçikalı futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan millisinə hörmət etmək lazımdır” - Beılçikalı futbolçu

İdman

11 Sentyabr 2023 11:54 528


Belçika yığmasının yarımmüdafiəçisi Amadu Onana Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qalib gəldikləri (1:0) matç haqqında danışıb. 

Yenisabah.az "nexussports.co"ya istinadən xəbər verir ki, "Everton"un 22 yaşlı futbolçusu görüşün çətin keçdiyini vurğulayıb: 

“Mürəkkəb meydanda çətin oyun oldu. Asanlıqla qalib gələcəyimiz gözlənilirdi, amma asan oyun olmadı. Tapşırıq qol vurub Bakıdan üç xalla qayıtmaq idi ki, biz buna nail olduq. Ən əsası qələbə qazanmaqdır. Yarımmüdafiəyə yaxşı nəzarət etdik, müdafiədə yaxşı oynadıq və xətlər arasında aqressiv qalmağa çalışdıq. Azərbaycan bizə problemlər yaratdı, amma ümumilikdə bu rəqibə hörmət etmək lazımdır”.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!