Azərbaycan millisinin Belarusla keçirəcəyi yoldaşlıq oyunlarını rusiyalı hakim idarə edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisinin Belarusla keçirəcəyi yoldaşlıq oyunlarını rusiyalı hakim idarə edəcək

İdman

17 İyun 2025 18:14 560


İyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının yeri, başlama vaxtı və hakimləri müəyyənləşib.

Yenisabah.az xəbər verir ki, iyunun 28-də Jodinodakı “Torpedo” stadionunda baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İyulun 1-dəki qarşılaşma isə Bakı vaxtı ilə saat 17:00-da Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq. pizza hut

Hər iki matçı rusiyalı Vera Opeykina idarə edəcək. Ona həmyerliləri Yekaterina Kuroçkina və İrina Çeçenina kömək göstərəcəklər. Ehtiyat hakim funksiyasını isə belaruslu Volqa Blotskaya yerinə yetirəcək./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!