Azərbaycan millisinin FİFA reytinqində mövqeyi dəyişdi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisinin FİFA reytinqində mövqeyi dəyişdi 

İdman

04 Aprel 2024 13:43 871


FİFA milli komandaların yeni dünya reytinqini təqdim edib. 

Yenisabah.az qurumun saytına istinadən xəbər verir ki, 1177.83 xala malik olan Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Milli komanda 112-ci sıradadır. 

Reytinq cədvəlinə 1858 xalla son dünya çempionu Argentina millisi liderlik edir. Fransa 1840.59 xalla 2-cidir. Belçika 1795.23 xalla 1 pillə irəliləyərək 3-cü pilləyə yüksəlib.  Marqarita pizza

Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilmiş “FIFA series - Edition 2024” layihəsində Monqolustana 1:0 hesabı ilə qalib gəlib, Bolqarıstanla 1:1 hesablı heç-heçə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!